DOLAR
49,63 ₺
EURO
55,65 ₺
STERLİN
66,25 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 56,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə…

|
Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 56,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,15 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 55,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 7-də 51,84 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 7-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR