Türkiyə Suriyada əməliyyatla bağlı NATO-nu məlumatlandırdı
Türkiyə Suriyada əməliyyatla bağlı NATO-nu məlumatlandırıb.VOİCEPRESS xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib."Bizim müttəfiqimiz Türkiyənin təhlükəsizlik sahəsində qanuni narahatlığı var. NATO Türkiyə hakimiyyəti tərəfindən Suriyanın şimalında əməliyyatla bağlı məlumatlandırılıb",- deyə baş kabib vurğulayıb.NATO-nun baş katibi Türkiyənin təmkinliliyinə ümidini ifadə edib və ölçülmüş, mütənasib qərarlar qəbul etməyə çağırıb.VOİCEPRESS