Pensiya yaşı 70-ə qaldırılır – 2020-Cİ İLDƏ
Yaponiya hökuməti ölkədə pensiya yaşını 65 yaşdan 70 yaşadək qaldırmağı planlaşdırır.VOİCEPRESS.AZ-ın məlumatına görə, bununla bağlı müzakirələr noyabrın 26-ı başlayacaq.Pensiya yaşının artırılması ilə bağlı qanun layihəsinin 2020-ci ilədək qəbul olunması nəzərdə tutulur.Qeyd edək ki, Yaponiyada kişilərin ömür uzunluğu 80,89, qadınlarda 87,14 il təşkil edir.Ölkədə hər dörd nəfərdən birinin yaşının 65-dən çox olduğu deyilir.VOİCEPRESS.AZ