Hamburqda G20 sammitinə qarşı yürüş keçirilir
Almaniyanın Hamburq şəhərində G20 sammitinə qarşı yürüş keçirilir.VOİCEPRESS bildirir ki, "G20 - xoş gəlməmisiniz" şüarı altında davam edən yürüşdə 12 minə yaxın adam iştirak edir.Yürüş zamanı "G20 əvəzinə sonsuz həmrəylik", "G20-yə yox", "İrqçiliyə qarşı mübarizə" kimi şüarlar səsləndirilir.Hamburq polisinin məlumatına görə, yürüş ümumilikdə dinc xarakter daşıyır.VOİCEPRESS.AZ