ABŞ peykləri KXDR-in yeni nüvə sınağına hazırlığı qeydə alıblar
ABŞ-ın casus peykləri KXDR-də nüvə sınağı poliqonunda fəaliyyəti qeydə alıblar.VOİCEPRESS -in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, bu haqda CNN telekanalı xəbər verir.Məlumata görə, ABŞ kəşfiyyat birliyi Pxenyanın növbəti, altıncı nüvə sınağı həyata keçirib-keçirməyəcəyinə dair qənaətinə hələ gəlməyib.Qeyd edilir ki, peyklər Şimali Koreyalı işçilərin yeraltı poliqonun girişlərinin birində iş apardıqlarını qeydə alıb.VOİCEPRESS.AZ