Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda
Fransada yeni mərkəzçi "İrəli" hərəkatının nümayəndəsinin prezident seçilməsi ekspertlərin bir sıra sualları ortaya atmasına səbəb olub. Bir tərəfdən, E.Makrona Avropa İttifaqının xilaskarı kimi baxılır, digər tərəfdən isə ölkə daxilindəki siyasi mühitin tam durulmadığı qənaəti var. Eyni zamanda, Fransada seçki ilə qlobal geosiyasətdə, o cümlədən ABŞ və Böyük Britaniyada baş verən siyasi proseslər arasında əlaqə axtarılır. [...]