DOLAR
49,70 ₺
EURO
55,79 ₺
STERLİN
66,69 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Hillari Klinton özünü teleserial qəhrəmanı ilə müqayisə edib

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton memuarlarında özünü "Taxt-tac oyunu" teleserialının personajı - kraliça Serseya Lannisterr ilə müqayisə…

|
Hillari Klinton özünü teleserial qəhrəmanı ilə müqayisə edib

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton memuarlarında özünü “Taxt-tac oyunu” teleserialının personajı – kraliça Serseya Lannisterr ilə müqayisə edib.

VOİCEPRESS bildirir ki, siyasətçi bu barədə “Nə baş verib” adlı memuarlar kitabında yazıb.
“Trampın mitinqlərində camaat onu məni həbsə atmağa çağırırdı. Onlar qışqırırdılar: “Günahkardır! Günahkardır!, eynən “Taxt-tac oyunu”ndakı dini fanatiklərin Serseya Lannister Qırmızı qəsrə gedərkən “Ar olsun! Biabırçılıq”! qışqırmaları kimi”, – deyə kitabda gətirilən sitatda bildirilir.
Klintonun təsvir etdiyi səhnə Corc Martinin “Buz və alovun nəğməsi” kitabında və ədəbi mənbənin ekran əsərində – “Taxt-tac oyunu” teleserialında var.
“Nə baş verib” kitabının təqdimatı sentyabrın 12-də baş tutub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR