DOLAR
49,65 ₺
EURO
55,70 ₺
STERLİN
66,38 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Xərçəng Araşdırması üçün protez ayağı ilə 5373 km qaçarkən dünyasını dəyişən əfsanə

Terri Foks olimpiyaçı deyildi, medal və ya mükafat toplamaq üçün qaçmırdı. O, sadəcə olaraq xərçəng araşdırmaları üçün vəsait toplamaq istəyirdi. Xəstəliyin…

|
Xərçəng Araşdırması üçün protez ayağı ilə 5373 km qaçarkən dünyasını dəyişən əfsanə

Terri Foks olimpiyaçı deyildi, medal və ya mükafat toplamaq üçün qaçmırdı. O, sadəcə olaraq xərçəng araşdırmaları üçün vəsait toplamaq istəyirdi. Xəstəliyin onu sağ ayağından məhrum etməsinə baxmayaraq, Foks pul toplama məqsədlərinə çatmağın ən yaxşı yolunun dünyanın ikinci ən böyük ölkəsində qaçmaq olacağını düşünürdü.

 

Terri Foks 18 yaşında ikən bir ayağını itirən, 23 yaşında dünyasını dəyişən, lakin adını tarixə qızıl hərflərlə yazdıran idmançıdır. Terri Foks idmanda bir çox  uğur qazansa da tutulduğu sümük xərçəngi onun arzularını yarımçıq qoyur. Ancaq Foks xəstəliyə təslim olmur. Ömrünün sonlarına yaxın o özü kimi xərçəng xəstəliyində əziyyət çəkən insanlara ümid olmaq üçün Kanadanın bir ucundan digər  ucuna qaçıb xərçəng araşdırması üçün pul toplamaq üçün bir şüşəyə doldurduğu suyu Atlantik okeanından Sakit Okeana tökməyi planlaşdırırdı.

O, protez ayağına görə insanlardan çəkindiyi üçün ancaq gecələr məşq edir və 18 ay davam edən 5000 kilometrlik hazırlıq qaçışından sonra Kanadanın şərq tərəfindən yola düşür.  Foks protez ayağı ilə 143 gün ərzində hər gün tam marafon məsafəsini (42 kilometr) qaçaraq 5373 kilometrlik yolun yarısından çoxunu qət edir. Lakin bu zaman xərçəng ağciyərlərinə keçdiyi üçün onun qaçması qeyri-mümkün olur. İnanılmaz boyun və sinə ağrıları səbəbindən səhhətində problem olduğunu anlayanda belə marafonuna ara vermir.  Son 33 kilometr qaçarkən o yıxılır. Həkimlər onu müayinə edərkən dəhşətə gəlir. Xərçəngin bütün bədəninə yayıldığı, ağciyərinin sol və sağ hissələrində yumruq boyda şişlərin olduğu müəyyən edilir.  Bir müddət sonra komaya düşən Foks 1981-ci ildə cəmi 23 yaşında ölür.

Dünyanın bir çox ölkəsində xərçəng araşdırmalarına vəsait toplamaq məqsədil Terri Foks qaçışı təşkil edilir və toplanan ianələr həmin ölkənin Xərçəng Araşdırmaları Fonduna gedir. 2004-cü ildə Kanadanın TRT (və ya bbc) şirkəti olan CBC (kanada yayım korporasiyası) tərəfindən yaradılmış “ən böyük kanadalı” adlı geniş miqyaslı törəmə şirkətin yaradılması Kanadada bütün səhiyyə xidmətlərinin pulsuz olmasını təmin edir.

İlk onluqda həmçinin insulini kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatını qazanan Aleksandr Qrem Bell və Con Ceyms Riçard Makleod, Frederik Qrant Bantinq də var. Burada  Terri Foksun ideyasından yola çıxan Kanada dövləti 2005-ci ildən üzərində protez ayağı ilə qaçan Terri Foksun əksi olan dollar sikkəsi (loonie) buraxmağa başlayıb.

Günel Musa \voicepress.az\

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR