DOLAR
49,86 ₺
EURO
55,61 ₺
STERLİN
66,54 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.

|
Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.

Müdafiə Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, iclas çərçivəsində Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyinin Beynəlxalq İşlər Direktorluğunun direktoru briqada generalı Jamal Ebrahim Mohamed Almarzooqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tədbirdə ordularımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda Azərbaycan Respublikası və BƏƏ Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclasının Protokolu və 2027-2029-cu illər üçün əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR