İran ABŞ-a limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması müqabilində Hörmüz boğazında gəmi nəqliyyatının bərpasını təklif edib.
VOİCEPRESS xəbər verir ki, bu barədə “əl-Arabiyyə” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, Tehran bu təklifi artıq Pakistan vasitəsi ilə Vaşinqtona çatdırıb.
İran həmçinin Pakistana ABŞ-la danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, İran tərəfi hələlik məlumata münasibət bildirməyib.
VOİCEPRESS