DOLAR
49,73 ₺
EURO
55,68 ₺
STERLİN
66,63 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Böyük Britaniya səfiri Azərbaycanın İnterpolla axtarışa verdiyi Xocalı qatili ilə görüşdü…-FOTO

Allah Azərbaycan və Türkiyəni dost cildində düşmənlərdən də qorusun!..

|
Böyük Britaniya səfiri Azərbaycanın İnterpolla axtarışa verdiyi Xocalı qatili ilə görüşdü…-FOTO
Allah Azərbaycan və Türkiyəni dost cildində düşmənlərdən də qorusun!..
Sentyabrın 28-də “Hayastan”  fraksiyasının rəhbəri Seyran Ohanyan, üzvlər Anna Qriqoryan, Artur Qazinyan, Aram Vardevanyan və Artur Xaçatryan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallaxerlə görüşüblər.
VOICEPRESS.az xəbər verir ki, bu haqqda News.am saytı  məlumat yayıb.
Səfiri parlamentdə salamlayan Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi Xocalı qatili Seyran Ohanyan Ermənistan-Britaniya əlaqələrinin, iki ölkə arasında mövcud siyasi dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Digər Xocalı canisi separatçı-terrorçu eks-prezidentin lideri olduğu blokun üzvləri  olan erməni deputatlar öz şakərlərinə sadiq qalaraq  səfirlə söhbət zamanı 44 günlük müharibə zamanı Azərbaycanın torpaqları uğrunda haqlı savaşı barədə hədyanlar, böhtanlar uydurublar.
“Hayastan” fraksiyasının üzvləri blok üzvlərinin  “Paşinyan hökuməti tərəfindən siyasi təqibinə toxunaraq parlament nümayəndə heyətlərinin üzvü olan  fraksiya deputatlarının xaricə səfərlərinin əsassız olaraq əngəllənməsindən şikayətləniblər”.
P.S. Allah Azərbaycan və Türkiyəni dost cildində düşmənlərdən də qorusun!..

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR