Almaniyada BMW zavodunda partlayış: xəsarət alanlar var
Bavariya federal torpağında yerləşən "BMW" avtokonserninə məxsus zavodda partlayış baş verib.VOİCEPRESS "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışda 5 nəfər xəsarət alıb.Polisin məlumatına görə, zavodda sıxılmış qaz balonu partlayıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu, helikopterlə xəstəxanaya aparıldığı bildirilir.VOİCEPRESS.AZ