“İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib
2025-ci il noyabrın ayının 13-də Azərbaycan Texniki Universitetində (AzTU) “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən hazırlanmış “İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində dövlət və özəl qurumların rəhbər və əməkdaşları, iş adamları, mütəxəssislər, təhsil və elmi ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu açılış çıxışı edərək rəhbərlik etdiyi […]