Quzanlıda Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilir
Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilir.VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, forumun təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar [...]