DOLAR
49,73 ₺
EURO
55,68 ₺
STERLİN
66,63 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Prezident akademikin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Akademik Valeri Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası…

|
Prezident  akademikin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Akademik Valeri Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olur.

Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr vermişdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR